45 dərəcə bucaq altında kəsən mişar səliqəli şəkildə köndələn kəsim və detalların 45 dərəcə bucaq altında kəsilməsi üçün istifadə olunur. Sözügedən mişarın ən sadə növü əl ilə çalışan mişarlar hesab olunur. Bu mişarlar hələ də şəkillərin çərçivələnməsi üçün tətbiq olunur, lakin elektrik alətlər onların istifadəsini kifayyət qədər məhdudlaşdırıb. Həmçinin ling mişarı kimi də tanınan 45 dərəcə bucaq altında kəsən elektrik mişar seçilmiş bucaq altında emal olunan detalın tez və səliqəli kəsilməsi üçün istifadə olunur. Mişarın ümumi tətbiq sahəsinə çərçivələnmə üçün kəsim daxildir. Sözügedən mişarların çoxu ölçücə kiçik və portativdir, mişar diskinin ümumi ölçüsü isə 8-12 düym təşkil edir.