Məhsullar

Bıçqı
Abrasiv kəsən mişar, Bıçqı, Elektrik lobzik, Frezer bıçağı, Hidroabraziv kəsmə, Lazerli kəsim, Oksigen-yananacaq qaynağı

Bıçqı başlıca olaraq metal kəsimi üçün nəzərdə tutulmuş xırdadişli mişardır. Lakin plastik və taxta kimi digər materialların da kəsilməsində istifadə oluna bilər. Sözügedən mişarların əllə idarə olunan və mexanikləşdirilmiş (bıçqı dəzgahı) növlər də var. Bıçqıların əksəriyyəti əllə idarə olunan və ülgücün dartılmasını sağlayan C-şəkilli çərçivə formasındadır. Belə bıçqılar bir dəfə istifadəyə yararlı ülgücün müxtəlif ölçülərə görə uyğunlaşıdırılması üçün tapança tipli qulpdan ibarətdir. Çərçivə ülgücü müxtəlif ölçülərə uyğunlaşdırmaq üçün ayarlana bilər. Nazik ülgücü dartmaq üçün vint və ya başqa mexanizmdən istifadə olunur. Panel bıçqılar çərçivə əvəzinə metal vərəqdən ibarət işçi sahədən ibarətdirlər, onlar çərçivəyə nisbətən daha çox kəsmə həyata keçirməyə qadirdirlər. 

Top