Hava filtri toz, kif və bakteriya kimi bərk hissəcikləri havadan təmizləyən və lifli materialdan ibarət qurğudur. Kimyəvi hava filtri uçucu orqanik birləşmələr və ozon kimi hava ilə yayılan molekulyar çirkləndirici maddələrin təmizlənməsi üçün nəzərdə tutulmuş absorbent və katalizatordan ibarətdir. Hava filtri havanın keyfiyyətinin mühüm olduğu məqamlarda, məsələn ventilyasiya sisteminin tikilməsi zamanı və mühərriklərdə böyük əhəmiyyət daşıyır.