Portativ dəlmə dəzgahı istifadəsi asan və emalatxanada istənilən yerdə dəlik aça bilən dəzgahlara deyilir. Bu tip dəlmə maşını tərpədilə bilməyən obyektlərin üzərində dəliyn açılması üçün istifadə olunur. Portativ dəlmə dəzgahları ya əl vasitəsi ilə və yaxud da ayrıca mühərriyin qoşulması ilə idarə olunur. Sözügedən dəlmə dəzgahının hər bir detalı kiçik və kompkatdır. Burada universal növ mühərrikdən istifadə olunur, bu isə o deməkdir ki, mühərriyə həm, daimi həm də dəyişkən tok verilə bilər. Daşınıla bilən dəlmə dəzgahı ilə əldə olunan dəlilkərin dərinlik diapazonu 12 mm-dən 18mm-ə kimi ola bilər. Portativ dəlmə maşını vasitəsi ilə alınan dəliyin eni ölçücə kiçik olur. Burada yüksək sürət və kiçik burğulardan istifadə olunur. Bəzi hallarda bu dəlmə dəzgahları pnevmatik elektrik güc üzərində də çalışa bilirlər.