Porşenli hava kompressorları həcmli sıxışdırma maşınları hesab olunurlar ki, bu da həcmin azalması sayəsində hava təzyiqini artırır. Bu isə o deməkdir ki, kompressorlar qapalı məkanda məhdudlaşmış havanı ardıcıl həcmdə götürür və daha yüksək təzyiqə qaldırır. Porşenli hava kompressoru bu prossesi sıxan və qarışdıran element kimi silindrin içərisindəki porşen vasitəsi ilə icra edir. Bir və iki pilləli porşen kompressorları bazarda mövcuddur. Sıxılma zamanı porşenin yalnız bir tərəfi istifadə edildikdə porşenli hava kompressorları bir tərəfli fəaliyyət kompressorları hesab olunurlar. Porşenin hər iki tərəfini də istifadə edən kompressor isə - ikili fəaliyyətli.