Dizel generator elektrik enerjisi yaratmaq üçün istifadə olunan elektrik generator ilə dizel mühərrik birləşməsidir. Dizel mühərrik adətən mazutla çalışmaq üçün nəzərdə tutulmuşdur, lakin bəzi növləri başqa növ maye yanacaq və ya təbii qaz üçün də nəzərdə tutulub. Dizel yaradan quraşdırmalar enerji şəbəkəsinin olmadığı yerlərdə və ya fövqəladi hallarda istifadə olunur.