Vibrasiyalı yolbasanlar vibrator adlanan xüsusi qurğu ilə təchiz olunurlar. Vibrasiya sayəsində kiçik kütlə zamanı belə statik yolbasanlardan fərqli olaraq vibrasiyalı yolbasanlar daha çox bərkidici təsirə malik olurlar. Lakin vibrasiyalı yolbasanlar özündən sonra “dalğalı†izlər buraxdığından ideal şəkildə düz səth yarada bilmirlər, həmçinin dinamik ağırlıq səthi zədələyə də bilər.