Məhsullar

Kürəcikli yastıqlar
yastıqlar, diyircəkli yastıqlar, kürəcikli yastıqlar, konusşəkilli diyircəkli yastıqlar, iynəli diyircəkli yastıqlar, hidravlik yastıqlar, sürtünmə yastıqları

Kürəcikli yastıqlar digər yastıq növləri ilə müqayisədə daha geniş istifadə edilən yastıqlar hesab olunurlar. Sürtünmə əleyhinə yastıqlar kimi də tanınan və müxtəlif istifadələr zamanı ox və val arasındakı sürtünmə halını azaltmaq üçün tətbiq olunan bu növ kiçik metal və ya keramik kürəciklərdən ibarətdir. Sözügedən yastıqlar həm dartma, həm də radial yükü emal etmə imkanına sahibdirlər və nisbətən kiçik yüklər üçün tətbiq edilirlər. Kürəcikli yastıqları yükü xarici sahədən diyirlənmə cisminə, ordan isə daxili sahəyə ötürür. Diyirlənmə cismi kürəşəkilli olduğu üçün daxili və xarici nöqtələrlə çox az təmasda olur, bu da  bərabər və hamar fırlanmanı təmin edir. Lakin yükü saxlayan kontaktın sahəsi çox azdır, odur ki, yastıq çox yükləndikdə diyirlənmə cisimləri yastığı sıradan çıxara bilər. Kürəcikli yastıqlar daha çox xüsusi separatorlarda istifadə olunur.

Top