Məhsullar

Tullantılara daimi nəzarət sistemi
analitik qurğular, analiz avadanlıqları, yanğın və qaz detektorları, analitik proses

Tullantılara daimi nəzarət sistemi (TDNS) tarixən yanma prosesinin idarə olunması üçün məlumatı təmin etmə məqsədi ilə tüstü qazın müşahidə olunması üçün istifadə olunub. Hazırda müəyyən edilmiş atmosfer tullantıları standartlarına uyğunluq vasitəsi qismində tətbiq olunur. TDNS tullantılar haqda məlumatın toplanılması, qeyd olunması və hesabatı məqsədi ilə istifadə olunur.  Standart TDNS sistemi prob nümunəsi, filtr, nümunə xətti, qazın kondisionlaşdırılması sistemi, kalibrləşdirilmiş qaz sistemi, həmçinin bir sıra qaz analizatorlarından ibarətdir. Nəzarət olunan tullantılara daxildir: kükürd dioksid, azot oksid, karbon monoksit, karbon dioksid, hidrogen xlorid, havada uçuşan hissəciklər, civə və uçucu üzvi birləşmələr və oksigen. TDNS sistemi həmçinin hava axını, tüstü qazın qeyri-şəffaflığı və rütubəti ölçməyə qadirdir. SO2, NOx, CO, CO2, NH3, HCl, HF, THC, civə və s. kimi çirkləndirici maddələrin ölçülməsi və nəzarəti üçün optimal seçimdir.  

Top