Sərfölçən axıcı vasitənin axın sürətini ölçən çihazdır. Bir qayda olaraq, axın sensoru sərfölçəndə istifadə olunan qəbuledici element və ya axıcı vasitələrin axınını qeydə alan cihazdır. Bütün sensorlarda olduğu kimi, dəqiq ölçü kalibrləmədə funksionallıq tələb edir.  Sensorların və sərfölçənlərin müxtəlif növü mövcuddur, məsələn mayenin üzərinə basan və potensiometr və ya digər anoloji cihazları idarə edən pərli növü kimi.  Digər axın sensorları hərəkətdə olan mühütlə yaranan (termal sərfölçən) istilik ötürülməsinin ölçülməsinə əsaslanır. Bu prinsip axının ölçən mikrosensor üçün də keçərlidir.