Məhsullar

Səviyyə sensoru
Sərfölçən, Səviyyə sensoru, Temperatur sensoru, Təzyiq sensoru

Səviyyə sensorları maye və digər axıcı vasitələr, həmçinin üst sərbəst təbəqəni əks etdirən maye gil, dənəvərlənmiş materiallar və tozların səviyyəsini müəyyən edir. Axıcı vasitələr cazibə qüvvəsi nəticəsində konteynerdə (və digər vəziyyətlərdə) özlüyündə üfüqi vəziyyət alır, lakin səpələnən materialların çoxu maili bucaq altında toplaşır. Ölçülə bilən maddə istər konteynerdə, istərsə də, öz təbii halında (məsələn, çay və ya göl) ola bilər. Səviyyənin ölçülməsi fasiləsiz və ya nöqtəli ola bilər. Fasiləsiz səviyyə sensoru ölçünü göstərlmiş diapazon çərçivəsində aparır və müəyyən yerdəki maddənin dəqiq miqdarını göstərir, lakin nöqtəli səviyyə sensorları maddənin nəzarət nöqtəsindən yuxarı olub, olmadığını göstərir. Bir qayda olaraq,  sonuncu çox yuxarı və ya çox aşağı səviyyələri müəyyən edir.

Top