Məhsullar

Temperatur sensoru
Sərfölçən, Səviyyə sensoru, Temperatur sensoru, Təzyiq sensoru

Temperatur sensoru bir qayda olaraq termocüt və RTS olmaq şərti ilə elektrik siqnal vasitəsi ilə temperatur ölçüsünü həyata keçirən temperatur sensorudur. Termocüt (T/C) temperatur dəyişikliyinə düz mütanasib elektrik gərginlik törədən müxtəlif metallardan hazırlanır. RTS (rezistiv temperatur sensoru) dəqiq, təkrarlanan və xətti şəkildə öz elektrik müqavimətini temperatur dəyişikliyinə düz mütanasib şəklində çevirə bilə dəyişkən rezistordan ibarətdir. Termocüt iki müxtəlif növ metal məftillərdən hazırlanır. Məftillər qaynar lehimləmə formalaşdırmaq üçün bir sonluqda birləşdirilib. Qaynar lehimləmə kimi tanınan digər sonluq elektirk ölçü cihazı (kontroller və ya rəqəmsal indikator) vasitəsi ilə qoşulur. Termocüt ölçü siqnalını faktik temperatura cavab olaraq yox, soyuq və qaynar lehimlərin temperatur fərqinə cavab olaraq törədir.  Elektrik ölçü cihazının soyuq lehimləmənin quraşdırıldığı nöqtəsinin yaxınlığında havanın kiçik temperatur sensoru quraşdırılıb. Ətraf mühit temperaturu sonra faktiki ölçülmüş temperaturu müəyyən etmək və əks etdirmək üçün ölçü cihazı vasitəsi ilə differensial temperaturun termocütünə əlavə olunur.

Top